“Construction Business Group” ISO 9001 Keyfiyyətin İdarə olunması, ISO 14001 Ətraf mühitin qorunmasının idarə olunması, ISO 45001 Əməyin mühafizəsi və təhlükəsizlik, habelə İstehsalat qəzalarına dair  normativdə təhlükəsizliyin idarə olunması standartlarını özündə cəmləşdirən Vahid İdarəetmə Sistemini (IMS) tətbiq edir. 

Bütün ərazilər daxili və xarici audit tərəfindən mütəmadi olaraq yoxlanılır. Hər bir idarəetmə sistemində şirkətin əsas niyyətləri və istiqamətləndirilməsi onun prinsip və qaydalar bəyanatlarında əks olunur.

İdarəetmə sistemlərinin işi vahid idarəetmə təlimatlarında təfərrüatlı şəkildə təsvir olunur və bütün şirkət əməkdaşlarına şamil edilir. Şirkətin obyektləri yuxarıda göstərilən standartlara müvafiq olaraq bir çox sahələrdə sertifikatlaşdırılır.

Vahid İdarəetmə Sistemini (IMS) həmçinin, qismən və ya tam şəkildə, müxtəlif beynəlxalq və milli standartların və qaydaların tələblərini yerinə yetirir.