Rəqiblərimizi endirimə getməyə məcbur etdik

İyun 16, 2015 - 3 minutes read

aŞirkətin gələcək planları da Azərbaycanda yerli istehsalın inkişafına yönəlik addımlar atmaqdır

Azərbaycanın ağır texnika və ehtiyat hissələri bazarında istehsal olmadığından bu sahə idxal hesabına fəaliyyət göstərir. Bunun nəticəsidir ki, Azərbaycandan xaricə kapital axını baş tutur. Bazarda rəqabət azlığından istifadə edən bir çox şirkətlər isə şişirtmə qiymətlər və böyük mənfəətlərlə Azərbaycan müştərilərinə zərbə vurur.

Caspian Business Group (CBG) şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin verdiyi məlumata görə, məhz CBG şirkətinin bazara daxil olmasından sonra şirkətlər endirim etməyə məcbur qalıb. Azərbaycan müştərilərinin daha ucuz xidmət əldə etməsi CBG şirkətinin birbaşa fəaliyyəti ilə əlaqədardır. Şirkətin gələcək planları da Azərbaycanda yerli istehsalın inkişafına yönəlik addımlar atmaqdır.

Məlumat üçün bildirək ki, CBG şirkəti 2014-ci ilin yanvar ayında təsis edilib. Şirkət əsasən Azərbaycan bazarında, ağır texnikanın və tikinti avadanlıqlarının paylanılması, icarəsi, həmçinin avadanlıq hissələrinin  satışı, eləcə də torpaqlama və svay işləri, avadanlıq hissələrinin texniki xidməti ilə məşğuldur.

CBG şirkəti müştərilərini bir sıra təkmilləşdirilmiş alətlərlər, olduqca həssas və incə tökülmə hissələri ilə təchiz edir. Bura əsasən yastıqcıqlar, yanacaq doldurulma hissələri, möhürlər, mühərrik hissələri, əyləc hissələri, nasoslar, ötürülmə hissələri, tork çeviricisi hissələri, çərçivə və əsas hissələr, şassi komponentlər, möhür dəstləri, səs boğucular, əsas yığımlar, radiatorlar və ventilyatorlar, eləcə də müxtəlif dişli alətlər daxildir.

www.cbg.az