Turbo kompressorların təmiri ilk dəfə Azərbaycanda

İyun 16, 2015 - 2 minutes read

11840662_989676054410482_2088711585_oCBG Turbo-nun zəmanət müddəti orijinal faktura tarixindən 6 ay (altı ay) keçməklə bitir.

CBG şirkəti ağır texnika bazarında yeniliyə imza ataraq turbo kompressorların təmirini həyata keçirəcək servis xidmətini istifadəyə verib. Müştərilərə yüksək səviyyəli texniki xidmət göstərilməsi məqsədi ilə şirkətimiz tərəfindən turbo kompressorların təmiri həyata keçirirlir. CBG şirkəti müştəriləri üçün ölkənin geniş 2 regional qrup və 4 xidmət vasitələri ilə beynəlxalq standartlara uyğun olan xüsusi xarici xidmət texnikləri ilə çalışır.

CBG şirkəti Komatsu, Caterpillar, Cummins, Hitachi, JCB, Volvo, Hyundai, Hidromek, MST, Terex, Perkins və başqa müxtəlif markaların generatorlarını, sənayə və dəniz mühərriklərinə uyğun turbo kompressorlarının təmirini və 2-ci əl satışını reallaşdırır. Şirkət bundan əlavə yeni ehtiyyat hissənin normal şərtlər altında istifadəsi zamanı material qüsurunu ödənişsiz təmir edir. CBG-nin zəmanət müddəti orijinal faktura tarixindən 6 ay (altı ay) keçməklə bitir.

CBG Turbo-nun Xidmətləri:

Dəqiq diaqnostika

Hər növ turbo kompressorların təmiri və bərpası

2-ci əl turbo kompressorların satışı

Yüksək keyfiyyətli turbo kompressor ehtiyat hissələrinin ən qısa zamanda çatdırılması

Müştəri məmnuniyyəti və konsultasiya

Kompleks brend və logistika dəstəyi

Sərfəli qiymət

Emalatxana və ərazi servis xidmətləri

Yeni və təmir edilmiş bütün növ turbo kompressorlara 6 ay zəmanət