“CBG” şirkəti “BakuBuild 2015” sərgisində iştirak edəcək

Avqust 3, 2015 - 3 minutes read

11846337_994450363933051_543072342_n

“CBG” şirkəti 21-24 oktyabr tarixində “Bakı Expo” Sərgi və Toplantı Mərkəzində keçiriləcək “BakuBuild 2015” 21-ci Azərbaycan Beynəlxalq inşaat sərgisində iştirak edəcək. Şirkət sərgi zamanı ağır texnika və onların ehtiyat hissələri, o cümlədən servis xidmətləri işitrakçıların qarşısına çıxacaq.

Xəzər regionunun ən böyük inşaat tədbiri olan “BakuBuild” sərgisi 20 ildir ki aparıcı inşaat forumu kimi öz mövqeyini qoruyub saxlayır. Sərgiyə olan marağın səbəbi isə onunla izah olunur ki, BakuBuild hər il bu tədbirdə iştirak edən 10.000-dən artıq mütəxəssislər ilə ünsiyyət üçün işgüzar mühit yaradır. “BakuBuild” sərgisi bazarın öyrənilməsi, biznesin inkişaf etdirilməsi, distribütorların müəyyənləşdirilməsi və regionda mövqelərin möhkəmləndirilməsi üçün ən yaxşı meydançadır.

CBG ABŞ, Birləşmiş Krallıq, Kanada, İtaliya, Çin və Türkiyə istehsalı olan müxtəlif tikinti texnikaları və ehtiyat hissələrinin, o cümlədən sənaye və dəniz generator qurğularının satışını və satış sonrası servis, texniki xidmətlərini təmin edir. CBG “SANY”, “Carraro” və “Vtrack” markaların rəsmi tərəfdaşı, bundan əlavə “Komatsu”, “Caterpillar”, “Hitachi”, “JCB”, “Volvo”, “Hyundai” və digər brendlərin OEM (Orijinal Avadanlıqları İstehsalçısı) ehtiyat hissələrinin idxalçısıdır.

Xidmətlərimiz:

– Dəqiq diaqnostika;

– Mühərrik, Hidrolik, elektrik və güc sistemlərinin satışı və təmiri;

– Pompatesti/ Yanacaq pompası və injektor testi;

– Hidrolik silindrlərin təmiri, testi və xromlanması;

– Yüksək keyfiyyətli ehtiyat hissələrinin ən qısa zamanda çatdırılması;

– Emalatxana və ərazi servis xidmətləri;

– Hər növ avtomobillərin və texnikaların TURBOKOMPRESSORlarının 6 ay zəmanətlə təmiri

– Texnikaların kirayəsi

“CBG” şirkətini “BakuBuild 2015”-də ziyarət etmək istəyən iştirakçılar 4-cü zalda 4014 nömrəli stendə yaxınlaşa bilərlər.

Web:www.cbg.az, Email:info@cbg.az, Contact:+994 55 400 35 14