CBG ZƏMANƏTİ

CBG zəmanəti ilə yeni dəyişən hissələrinin normal istismarı və xidməti şərtləri altında, material və istehsal baxımından qüsursuzluğa zəmanət verilir. Düzgün istifadə edilməyən hissələrə zəmanət şamil edilmir. Müştəri üçün ikinci dərəcəli təchizatçılardan xüsusi qaydada alınan yeni, orijinal və ya işlədilmiş CBG İnventarından olmayan hissələrə CBG tərəfindən zəmanət verilmir. CBG-nin Zəmanət Paketinin müddəti, aşağıda qeyd edilən hissələr istisna olmaqla, orijinal hesab-faktura tarixindən etibarən 1 ildən çox olmamaqla təmin olunur.

Dizel Mühərriki Hissələri: CBG daxili mühərrik hissələrinə material və ustalıq işində nöqsansız olmalarına görə orijinal hesab-faktura tarixindən etibarən 1 ilç və ya 250 saat zəmanət verilir. CBG xarici mühərrik komponentləri, məsələn Yağ və su nasoslarına  material və ustalıq işində nöqsansız olmalarına görə orijinal hesab-faktura tarixindən etibarən 1 il zəmanət verilir.

Şassi hissələri: CBG şassi hissələrinə normal istismar və xidmət şərtləri altında material və ustalıq işində qüsursuz olmalarına görə çatdırılma tarixindən proporsional əsasla 12 ay, və ya 1500 saat zəmanət verir. Dişli barabanlar, seqmentlər, tırtıl halqaları yalnız qırıldığı halda təmir olunur.

Elektrik Komponentlər: Staterlərə, dəyişdiricilərə orijinal hesab-faktura tarixindən bir ildən çox olmayaraq, yani quraşdırılma tarixindən etibarən 6 ay zəmanət verilir.

Hidravlik Hissələrin komponentləri: orijinal Hesab-Faktura Tarixindən bir ildən çox olmayaraq, yani quraşdırılma tarixindən etibarən 6 ay zəmanət verilir.

Bütün digər hissələr: orijinal Hesab-Faktura Tarixindən bir ildən çox olmayaraq, yani quraşdırılma tarixindən etibarən 6 ay zəmanət verilir. Əlavə məlumatlar üçün Geri Qaytarma Siyasətinə baxın.