Gələcəyə baxış

 “CBG”nin gələcəyə baxışı seçdiyimiz bazarlarda aparıcı inşaat şirkəti olmaqla səmərəli icra, iqtisadi cəhətdən efektivlik və dünya səviyyəli texniki mükəmməllik sayəsində potensial müştərilərimiz və əməkdaşlarımız üçün ən maraqlı şirkətə çevrilməkdən ibarətdir.

Missiyamız

Şirkətimizin əsas missiyası peşəkar mütəxəssislərimizin dəstəyi ilə inşaat sənayesi sahəsində liderlik mövqeyini qorumaq məqsədilə yüksək keyfiyyət səviyyəsini təmin etməkdən və innovativ həlləri tətbiq etməkdən, habelə düzgün və rəqabətli bazar qiymətləri əsasında müştərilərimizə xidmətləri təqdim etməklə şirkətin strategiyasını qurmaq və yeniləndirməkdən ibarətdir. 

Dəyərlərimiz

Mükəmməllik: Biz mükəmməllik üçün çalışırıq və qabaqcıl texnologiyalardan istifadə edərək daim yenilikləri tətbiq edirik

Komanda işi: Hər bir insanın potensialını aşkar etmək üçün qarşılıqlı hörmətin, əməkdaşlığın və qarşılıqlı şövqləndirmənin nümayiş olunmasını gözləyirik

Dürüstlük: Biz etibarlı, dürüst və ədalətli şəkildə işlərimizi icra edirik

Öhdəlik: Biz resurslardan ən səmərəli yolla istifadə etməklə məqsədlərimizə nail olmağa tam şəkildə çalışırıq

Davamlı inkişaf: Biz, ilk növbədə əməkdaşlarımızın, bütövlükdə cəmiyyətin və ətraf mühitin sağlamlığı və təhlükəsizliyi daxil olmaqla, bütün maraqlı tərəflərin mühafizəsini təmin etməyə çalışırıq

Məsuliyyət: Biz “CBG”nin dəyərləri və prinsiplərinə müvafiq olaraq üzərimizə düşən vəzifələrin yerinə yetirilməsi üçün tam məsuliyyət daşıyırıq