"Construction Business Group" MMC 2 iyun 2022-ci ildə keçirilmiş, Sifarişçisi "Dövlət Dəniz və Liman Agentliyi" Publik Hüquqi Şəxsi olan "Dövlət Dəniz və Liman Agentliyinin İnzibati binasının cari təmir işləri” açıq tenderində qalib elan edilmişdir. İşlərin icrasına başlanması üçün 05 iyul 2022-ci il tarixində müqavilə bağlanmışdır.