Construction Business Group İSO 9001 sertifikatına əsasən öz QA/QC siyasətini inkişaf etdirmişdir.
Tikinti prosesi zamanı keyfiyyətə nəzarət sahibkarın investisiya dəyərini qorumaq üçün son dərəcə əhəmiyyətlidir.
Tikinti işində şirkətin uğurunun əsas amillərindən biri öz ümumi öhdəliyini Keyfiyyətin İdarəedilməsi Sisteminin (KİS) effektiv icrasına yönəltməsidir. KİS-in icrasında uğur isə şirkət rəhbərliyinin davamlı heyət təlimi və istiqamətləndirmə proqramları vasitəsilə yüksək keyfiyyətli işin təmin edilməsinin əhəmiyyətini bütün heyətə çatdıra bilmə qabiliyyəti ilə əlaqədardır.
KİS-in effektiv icrası üçün şirkətin keyfiyyətin təmin edilməsi üzrə ayrıca komandası var və bu komanda sistemin icrasına nəzarət edir və illik audit planına və müştəri tələblərinə müvafiq olaraq sistemi yoxlayır.
Keyfiyyətin Təmin edilməsi və Keyfiyyətə Nəzarət Şöbəsi Tikinti, Mexaniki, Qaynaq, Boyama, Üzləmə, Elektrik kimi bütün sahələrdə təchizatçı və layihə nəzarətini həyata keçirtmək üçün müxtəlif komandalara malikdir.