SƏTƏM Siyasətlərinin nümunələri bütün şəxslər üçün bizim şirkətin məlumat lövhəsində təmin edilir.
Şirkətimiz öz fəaliyyətində SƏTƏM siyasətini dəqiq və davamlı surətdə həyata keçirərək, onu müştərilərinə münasibətdə yürütdüyü siyasətlə əlaqələndirir. Bu siyasət təhlükəsizliyin, sağlamlığın və ətraf mühitin mühafizəsinin lazımi səviyyəsinin mütləq surətdə qorunub saxlanılması şərtilə tikintidə və yanaşı sahələrdə biznesimizin xarakterinin anlaşılması nəzərə alınaraq işlənib hazırlanmışdır.
Sistem əməkdaşların, onların öz vəzifələrini yerinə yetirərkən riski və təhlükəni mümkün qədər azaldılması məqsədilə, fəaliyyətinin idarə edilməsi və nəzarət altında saxlanılması üçün işlənib hazırlanmışdır.
Sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi siyasətimizin əsas məqsədidir. Bu siyasətlərin nüsxələri layihə yerlərində, işçi qruplarının yığıncaqlarında və digər əməliyyat sahələrində ümumi tanışlıq üçün təqdim edilmişdir.
Şirkətin rəhbərliyi SƏTƏM tələblərinə tam və dəqiq əməl edərək onları Construction Business Group MMC-nin müxtəlif fəaliyyət sahələrində bir öhdəlik kimi müəyyənləşdirmişdir.