2019-ci ildən etibarən fəaliyyət göstərən “Construction Business Group” MMC Respublika ərazisində bir çox tikinti layihələrinə öz töhvəsini vermişdir.

Respublikamızda həyata keçirilən layihələrə ölkə başçısının diqqət və qayğısını rəhbər tutaraq şirkətimiz bu missiyanı layiqincə yerinə yetirməyə çalışır.

Şirkətimiz Azərbaycanla bərabər ölkə xaricində də öz uğurlu layihələrini həyata keçirir və o cümlədən, Gürcüstan və Qazaxıstan Respublikalarında həyata keçirilən layihələr, həmin ölkələrin iqtisadi və sosial layihələrin icrasında mühüm rol oynayır.

Şirkətimiz öz fəaliyyətini həyata keçirərkən bütün aidiyyəti tərəflər – sifarişçilərimiz, müştərilərimiz, tərəfdaşlarımız maliyyə qurumları və əməkdaşlarımız ilə qarşılıqlı hörmət və etimad prinsiplərini rəhbər tutur. Biz inanırıq ki, uğura gedən yol məhz anlaşma üzərində qurulmuş faydalı əməkdaşlıqlardan keçir.

Bütün bunlar bizi gələcək fəaliyyətimizdə də qabaqcıl strateji inkişaf vektorlarını təqib etməyə, mövcud reallıqlar və imkanlar daxilində aparıcı təcrübələri öz işimizə tətbiq etməyə və beləliklə, yerli və xarici tikinti sektorunun inkişafında yaxından iştirak etməyə sövq edir.